Obama və Kameron Suriyadakı vəziyyəti müzakirə etdi

DÜNYA
10:45 26.08.2013
1039

ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər. Trend bazar gününə keçən gecə RİA Novosti agentliyinə istinadən məlumat verir.

Xüsusilə, iki ölkənin liderləri Dəməşq ətrafında kimyəvi silahın istifadəsinin mümkünlüyü barədə məlumatları müzakirə ediblər. Bu barədə Ağ evin bəyanatında deyilir ki, iki ölkə rəhbərləri kimyəvi silahların istifadəsinin mümkünlüyünün araşdırılması üzrə "sıx əməkdaşlığı davam etdirəcək".

Bundan başqa, tərəflər kimyəvi hücumun təsdiqlənəcəyi təqdirdə dünya ictimaiyyətinin müvafiq reaksiyasına da nail olacaqlar.

OXŞAR XƏBƏRLƏR