ANS PRESS-in Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, Obama çıxışında 2014 Rusiya Olimpiya Oyunlarını boykot etməyin Amerikaya uyğun olmadığını qeyd etdi.
“Bizim çox çalışan çoxlu idmançılarımız var, Onlar müvəffəqiyyət qazanmaq üçün hər şey edirlər. Rusiyada gördüyümüz anti-gey və anti-lezbiyan qanunları məndən çox heç kimə pis təsir etməyib”,- deyə Obama dünən mətbuat konfransında qeyd edib.Amerika ilə Rusiya arasında gərginlik həm də Putinin Snoudenə sığınacaq verməsindən sonra qalxıb. Obama həmçinin, onun Soçidə keçiriləcək olimpiyada oyunlarında amrikanı təmsil edən mavi idmançıları dəstəkləyəcəyini vurğuladı.“Mən bir neçə gey idmançılarımızın vətənə qızıl, gümüş və ya bürünc medalla qayıtmalarını səbirsizliklə gözləyirəm”.Qeyd edək ki,Rusiya bu yaxınlarda “homoseksuallığın təbliğatı”-nı kriminallaşdıran qanun qəbul edib.