ABŞ-nin sabiq Prezidenti Barak Obama fələstinlilərin başına gələnlərin qəbuledilməz olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Barak Obama İsrailin Qəzza zolağına hücumları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, İsrail-Fələstin münaqişəsi ilə bağlı "Heç kimin əli təmiz deyil” deyib.
İştirak etdiyi proqramda çıxış edən siyasətçi hər kəsin müəyyən dərəcədə günahkar olduğunu bildirib:
"Biz hamımız müəyyən dərəcədə günahkarıq. Fələstinlilərin başına gələnlər qəbuledilməzdir. Biz davamlı sülhə nail olmaq üçün əlimizdən gələni etməliyik”.
Ayşən