ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Ekvadorda nəşr edilən ictimai-siyasi jurnal "Vanguardia" siyasətçiləri soyundurub.Jurnalın son nömrəsində 3 şəkil var.Bunlar tribunada çıxış edən Barak Obama,jurnalistlərin əhatəsində olan "WikiLeaks"ın yaradıcısı Culian Assanc və qəbulda oturan İran prezidenti Mahmud Əhmədinejaddır. Kampaniyanın şüarı isə "Çılpaq həqiqət"dir.