Obamanın fotoqrafı azərbaycanlı modelə fotosessiya etdi
MAQAZİN
17:56 21.02.2013
2887
Azərbaycanın tanınmış modeli Rüstəm Cəbrayılov ABŞ prezidenti Barak Obamanın fotoqrafıyla işbirliyi qurub.Model açıqlamasında bildirib ki, bu yaxınlarda o, peşəkar fotoqraf Melanie Acevedo ilə çalışıb. ABŞ prezidenti Barak Obama və ailəsinin fotosessiyasını edən məşhur fotoqraf Azərbaycanlı modelin də şəkillərini çəkib.“Best model of Azerbaijan 2006”, “Best model of Azerbaijan 2007” və “Best model of the World 2007”nin qalibi olan Rüstəm Cəbrayılov hazırda Manhettendə yerləşən “Red Model Management” agentliyində peşəkar model kimi çalışır.