Gələn həftə ABŞ-da, preziden Barak Obamanın gənclik illərindən bəhs edən kitab satışa çıxacaq.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikalı jurnalist David Maraniss, gələn həftə yayımlanacaq "Barak Obama: Bir adamın yaradılışı" adlı kitabında, Obamanın ilk gəncliyindən bu günə qədər heç kəsin bilmədiklərini qələmə alıb.
Qeyd edək ki, Barak Obama məktəb illərində narkotik qəbul etdiyini bildirmişdi. Kitabda bu vərdişinin detalları da geniş işıqlandırılıb.
Ozal İbrahimli