Türkiyənin daha bir vilayətində azyaşlıya qarşı təcavüz hadisəsi qeydə alınıb.AZXEBER.COM-un məlumatına görə, Türkiyənin Kırklareli vilayətinin Yörükbayır kəndində yaşayan 46 yaşlı çobanın həmkəndlisinin 12 yaşlı qızına təcavüz etdiyi ortaya çıxıb.Bir ildən artıq müdətdə çoban tərəfindən zorlanan azyaşlı qız nəhayət olanları ailəsinə danışıb. Ailə isə dərhal polisə zəng edərək şəxs barəsində şikayətçi olub.Polis tərəfindən axtarıldığını eşidən çoban meşəlik əraziyə qaçaraq gizlənib. Lakin orada çox qala bilməyən çoban gizli əşkildə evindən ərzaq götürməyə gələrkən polislərin tələsinə düşüb.