‘Çocuklar Duymasın’ serialının tanınmış aktyoru öldü

‘Çocuklar Duymasın’ serialının tanınmış aktyoru öldü
01:04 24.02.2013
4583

Türkiyənin tanınmış teatr və kino aktyoru, Azərbaycan tamaşaçılarının əsasən “Çocuklar duymasın” serialında Menderes obrazıyla tanıdığı aktyor Osman Gidişoğlu 68 yaşında vəfat edib. Qeyd edək ki, Osman Gidişoğlu 1945-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya gəlib. Səhnə fəaliyyətinə ilk dəfə Manisa “Xalq evi”ndə başlayıb. 1965-ci ildə Ankara konservatoriyasına daxil olub. Deputatlardan birinin uşağı onun yerinə götürüldüyü üçün aktyor konservatoriyanı tərk etməli olub. Gidişoğlunun teatr və kino ilə yanaşı dublyaj fəaliyyətləri də olub. Bir çox xarici serialda aktyorun səsindən istifadə olunub. Allah rəhmət eləsin! anspress

OXŞAR XƏBƏRLƏR