Odessa şəhəri bombardmana məruz qalıb

Odessa şəhəri bombardmana məruz qalıb
DÜNYA
15:23 03.04.2022
382

Ukraynanın Odessa şəhəri Rusiyanın hərbi hava qüvvələrinin hücumuna məruz qalıb, şəhərdə yanğınlar başlayıb.

Odessa şəhərinin meriyası tərəfindən verilən məlumatda qeyd olunur ki, hava hücumlarından sonra şəhərdə güclü partlayış səsləri eşidilib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.

Raketlərin bir hissəsinin hava hücumundan müdafiə vasitələri ilə vurulduğu bildirilir.

Şəhər sakinlərinə təşvişə düşməmək və aidiyyəti qurumların işinə müdaxilə etməmək tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR