“Odessa” Teyyub saxlanıldı - Narkoticarətə görə

TOP4
20:23 03.05.2018
6534
"Odessa” Teyyub kimi tanınan Tağıyev Teyyub Eyyub oğlu Şirvan şəhərində saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün öncə Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.

Onun narkotik maddə ticarəti ilə məşğul olduğu bildirilir. Məlumata görə, T.Tağıyev daha sonra Bakıya göndərilib.

Xatırladaq ki, 52 yaşlı "Odessa” Teyyub 24 fevralda ayağından güllələnmişdi.

Qeyd edək ki, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb. O, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan "Odessa” Teyyub kimi tanınıb.

Rahim Ələkbərov 2001-ci ilin noyabrın 29-da Odessada qətlə yetirildikdən sonra T.Tağıyev Azərbaycana qayıdıb.

OXŞAR XƏBƏRLƏR