Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər - Dəhşətli hadisənin TƏFƏRRÜATI

Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər - Dəhşətli hadisənin TƏFƏRRÜATI
DÜNYA
09:12 27.02.2022
1932

Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.

Bu barədə AZXEBER.COM-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib. O,  sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:

"Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"

OXŞAR XƏBƏRLƏR