Odessada matəm elan olunub

Odessada matəm elan olunub
SİYASƏT
14:14 16.09.2017
1307
Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar matəm elan olunub.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Stepanov özünün "Facebook” səhifəsində yazıb.
 
Qeyd edək ki, sentyabrın 16-a keçən gecə "Viktoriya” istirahət düşərgəsində güclü yanğın baş verib. Yanğın zamanı düşərgədə 150 uşaq olub. Yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 3 uşaq ölüb
 
apa.az
OXŞAR XƏBƏRLƏR