“Odlar Yurdu - 2018 Milli Mükafatı″na kimlər layiq görüldü? - FOTO

“Odlar Yurdu - 2018 Milli Mükafatı″na kimlər layiq görüldü? - FOTO
SOSİAL
17:33 03.03.2019
8305
"Tonika Group”un təşkilatçılığı  ilə "Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında" təşkil olunan "Odlar Yurdu Milli Mükafatı – 2018″in qala gecəsi olduqca maraqlı keçdi. 
 
AZXEBER.COM xəbər verir ki, gecədə  2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, Dövlət Rəsmiləri, Millət vəkilləri, Nazirliklər,  Hüquq Mühqfizə Orqanları, Gənclər Təşkilatları, İcra Hakimiyyətləri, Mədəniyyət və İncəsənət xadimləri, KİV  nümayəndələri və s.  "Odlar Yurdu” Milli Mükafatına layiq görüldülər.
Mükafatlar təşkilat komitəsinin araşdırmaları  ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub. Mükafata  layiq görülənlər  arasında  Millət Vəkilləri   Hikmət Babaoğlu, Elman Nəsirov, Qənirə Paşayeva, Adil Əliyev, 
Mədəniyyət Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Politoloq Ramiz Alıyev,  YAP Gənclər Birliyinin sədri  Seymur Orucov, SƏS Media Qrupun Rəhbəri Bəhruz Quliyev,  DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Fəxri Mədəniyyət İşcisi Gülşən Əzizova,  Azxeber.az” saytı, "Big.az” saytı, "Azmedia.Az” saytı, "Yenigundem.az” saytı, Əməkdar artistlər Ehtiram Hüseynov, Rəşad İlyasov  və s. olub. 

"Tonika Group"un təsisçisi  və direktoru Nicat Həsənzadənin KİV-ə açıqladığı məlumata əsasən,  rəhbərlik etdiyi qrumun illik fəaliyyət planında bir çox layihələr yer alıb onlardan biri də  "Odlar Yurdu” Milli Mükafatlandırma mərasimidir, Nicat Həsənzadə onu da qeyd edib ki, artıq sayca üçüncü dəfədir  hər ilin yekun nəticələrinə uyğun olaraq sorğular təşkil olunur və sorğularda qalib gələn müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxlərə  "Odlar Yurdu” Milli Mükafatı təqdim olunur, növbəti tədbir  isə 2019-ci ilin yekun nəticələrinə əsasən təşkil olunacaq və  bu təbdirin   2020-ci ilin yanvar-fevral aylarında olacağı gözlənilir”

Tədbirdən olan foto görüntüləri sizlərə təqdim edirik !

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR