"Atletiko" "Real"la derbiyə Azərbaycana aid yazılı maykalarla çıxdı.
İspaniya La Liqasında iki Madrid klubu - “Real” və “Atletiko” qarşı-qarşıya gəlib. Anspress-in məlumatına görə, 14-cü tur çərçivəsində keçirilən görüş Azərbaycan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Atletiko” bu qarşılaşmaya üzərində Azərbaycanla bağlılığı olan formayla çıxıb. Bu, ölkəmizin turizm şüarı - “Odlar Yurdu” ilə bağlıdır: “Land of fire Azerbaijan”. Aksiya yalnız bu oyun üçün nəzərdə tutulub. İspaniya mətbuatının yazdığına görə, Madrid klubu bu aksiya müqabilində 20 milyon avro qazanacaq.