Odlar Yurdu Universitetinin qadın müəllimi həbs olundu

Odlar Yurdu Universitetinin qadın müəllimi həbs olundu
SOSİAL
13:50 26.11.2019
7636

Odlar Yurdu Universitetinin gənc müəllimi Leyla Əliyeva borca görə həbs olunub.

AZXEBER.COM xəbər verir ki, qafqazinfo-ya müraciət edən L.Əliyevanın anası Nüşabə Məmmədova deyib ki, qızı etdiyi səhvin ucbatından indi dəmir barmaqlıqlar arxasındadır.

Belə ki, Füzuli rayonundan məcburi köçkün olan L.Əliyeva bir neçə il əvvəl ailəsindən boşanıb və 4-5 min manat borcu olub: "Bu borcu ödəmək üçün tanış mağazadan qızıl götürüb lombarda qoyub, orada da qızılı yarı qiymətinə alıblar. Pulu borcunun bir hissəsinə verib, sonra isə lombarda pulu ödəyə bilmədiyi üçün mağazaya borclanıb. Bu yolla, həndəsi silsilə ilə borcunun miqdarı artıb. Qızım tələbə yoldaşı və dostu Gövhər İldırımzadədən borc pul istəyib. Gövhər və anası Sevda Leylaya deyiblər ki, banka 43 min dollar kredit borcu olsa da, əllərindəki nəğd pulu ona verə bilərlər. Əvəzində isə Leyla həm borclarını qaytarsın, həm də  onların kreditini hissə-hissə ödəsin. Burada isə əlavə 5-6 min manatlıq faizi Leyla ödəməli idi. Razılaşma belə olub və Sevda İldırımzadə qızıma 43 min dollar verib. Leyla ilk ay üçün 3 min dollar krediti ödəyib, qalanını isə qızıla görə yaranan borclarına verib. Bir müddət sonra Leyla banka olan krediti də ödəyə bilmədiyi üçün Gövhər və Sevda İldırımzadə şikayət edib. Qızım Leyla bu ilin may ayında həbs edilib. Bir neçə dəfə onun ev dustaqlığına buraxılmasını xahiş etmişik, prokuror da razılıq verib, amma məhkəmə onu həbsdə saxlayıb.  Biz istintaq dövründə dəymiş zərərə görə 10 min manatdan çox ödəniş etmişik. Qızım da dəfələrlə müraciət edib ki, onu ev dustaqlığına buraxsınlar və çıxıb işləyərək borcunu ödəsin. 

Biz bir valideyn olaraq hüquq-mühafizə orqanlarının rəhbərliyindən, məhkəmədən və zərərçəkmiş tərəfdən xahiş edirik ki, humanistlik göstərib qızımın azadlığa çıxmasına şərait yaratsınlar. Ailəsi dağılaraq onsuz da hər şeydən məhrum olmuş qızımı bədbıxt etməsinlər. Leyla azadlığa çıxıb cehizini sataraq borcu ödəmək istəyir. Həbs ediləndə o, doktoranturada təhsil alırdı".

 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən L.Əliyeva ilə bağlı cinayət işinin istintaqı Nərimanov Rayon Polis İdarəsində aparılıb, hazırda iş yekunlaşdırılaraq məhkəməyə göndərilməsi üçün Bakı Şəhər Prokurorluğuna təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO