Oduncaq tədarükünə başlanılıb

Oduncaq tədarükünə başlanılıb
SOSİAL
20:19 08.07.2020
1085

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib.

AZXEBER.COM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə veriləcək.

 

Xidmət rəisi bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə kənd ağsaqqalları, QHT nümayəndələri və ictimai fəallar oduncaq tədarükü prosesinə dəvət olunur. Bu işdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün Nazirliyin rəsmi internet səhifəsində (https://eco.gov.az/az) oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat verilir. 

Hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir. 

N.Xıdırov bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu və onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. 

Odun əldə etmək istəyən vətəndaşların və təşkilatların Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etmələri tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Venesuela millisinin üzvü "Neftçi"də
19:52 15.07.2025
Venesuela millisinin üzvü "Neftçi"də