“Oğlum dənizdə batan uşağı xilas edərkən öldü, o ailə bizə başsağlığı da vermədi” - VİDEO

SOSİAL
11:45 26.06.2020
39476
Bir neçə gün öncə dənizdə iki uşağı xilas edərək, özü boğularaq vəfat edən Yusif Məmmədovun atası İsak Məmmədov oğlunun vəfatı ilə bağlı danışıb.
 
AZXEBER.COM xəbər verir ki, ata ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişinə zəng edərək oğlu ilə bağlı bəzi məqamları dilə gətirib. 

O, övladını ölümdən xilas etdiyi ailənin onlara başsağlığı vermədiyini deyib.

"Bu ata üçün böyük itkidir. Mənim oğlum öz işığını söndürüb, başqa bir ailənin işığını yandırdı. Çox istəyərdim ki, oğlumun xilas etdiyi uşaqların valideynləri üzə çıxardı. Mən də bilərdim ki, kim idi onlar. Ancaq onlar heç bizə başsağlığı vermədilər. Yusif bir dəfə də dənizdə batan uşaqları xilas etmişdi. Ancaq bunu demirdi heç kimə. Mənə pis təsir edən oğlumun xilas etdiyi uşaqların ailəsinin heç bir əlaqə saxlamaması və onların kimliyinin bilinməməsidir. Mən bilmək istəyirəm ki, mənim oğlum övladlarının gözü önündə kimə görə boğulub”.

Atası deyib ki, Yusif çox müdrik insan idi: 

"Bu mənim üçün böyük itkidir. 1 il ildir ki, qardaşımı itirmişəm, ondan sonra Yusiflə qardaş kimi idim. Onu özümə qardaş qəbul etmişdim. Mənə daima ürək-dirək verirdi. Çox heyif ki, tale imkan vermədi”.

Qeyd edək ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların batdığını görən Yusif köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü həlak olub. Mərhumun 2 övladı var.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 13.07.2020

Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”

15:07 13.07.2020

Elmar Məmmədyarov Lavrovla telefonla danışdı

15:03 13.07.2020

Müdafiə Nazirliyi rəsmisi: “Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir”

14:47 13.07.2020

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim

14:44 13.07.2020

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı

14:31 13.07.2020

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

14:18 13.07.2020

Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

14:13 13.07.2020

“Ağlınızı başına yığın, Azərbaycanın yanındayıq” - VİDEO

14:04 13.07.2020

Prezident: "Düşmənə yenidən öz yerini göstərəcəyik"

13:49 13.07.2020

Dövlət başçısı: "Sərhəddə gərgin vəziyyət davam edir"

13:39 13.07.2020

Prezident: "Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib"

13:34 13.07.2020

"Bu səhər düşmənə sarsıdıcı zərbələr endirilib, ərazi itkisi yoxdur" - Müdafiə Nazirliyi

13:28 13.07.2020

Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

13:26 13.07.2020

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

13:16 13.07.2020

Prezident İlham Əliyev çıxış edir - VİDEO

13:12 13.07.2020

Elmar Məmmədyarov: Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndiririk