Okan Karacan da saxlanıldı

Okan Karacan da saxlanıldı
MAQAZİN
18:34 18.12.2025
116
Türkiyəli komediya ustası Okan Karacan saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, o, "GAİN Media" ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.

İstanbul Respublika Prokurorluğunun açıqlamasında bildirilib ki, istintaq qanunsuz mərc oyunları, cinayət məqsədilə təşkilatlanma və cinayət yolu ilə əldə olunan vəsaitlərin yuyulması maddələri üzrə aparılır. Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatlarına əsasən, şübhəli Berkin Kaya ilə əlaqəli hesablarda mənşəyi izah olunmayan yüksək məbləğli nağd pul dövriyyəsi və xaricə iri köçürmələr aşkar edilib.

Araşdırmalar zamanı "GAİN Media AŞ"yə yüz milyonlarla lirə dəyərində vəsait axınının ticari fəaliyyətlə izah edilə bilmədiyi, maliyyə əməliyyatlarının isə adi iqtisadi dövriyyəyə zidd olduğu qeyd olunub.

Toplanan sübutlar əsasında Berkin Kaya, Barbaros Reşat Gülcan və Selahattin Aydın saxlanılıb. Eyni zamanda "GAİN Media AŞ" daxil olmaqla 7 şirkətə TMSF tərəfindən qəyyum təyin edilməsi barədə qərar verilib.

Hazırda istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR