Oksana: "5 ildir ki, boşanmlşıq amma..."

Oksana: "5 ildir ki, boşanmlşıq amma..."
MAQAZİN
19:45 11.09.2017
1875
Rəqqasə Oksana Rəsulova media nümayəndələri ilə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki,  "Mələyin öpüşü” filminə həsr olunan tədbirdə reper Elşad Xose də iştirak edib.
 
Yeni filmindən danışan Oksana qala gecənin sentyabrın 14-də baş tutacağını deyib:
 
"Bu, "Oksimed” şirkətinin ikinci layihəsidir. "Şər qarışanda” filmimiz çox da məşhurluq gətirmədi. "Mələyin öpüşü”ndə bizim Elşad Xose ilə sevgi hekayəmiz əks olunub. İdeya mənə rəfiqəm Nərgiz Qasımova tərəfindən gəlib. Məni Elşadla yuxusunda görüb. İdeyanı mənə deyəndə xoşuma gəldi. Rejissora bu haqda danışanda dedi, bunu film çəkək. Elşad da təklifimizi qəbul etdi. Filmdə möhtəşəm məkanlar var. Sakit Məmmədov filmdə bizə gözəl rəsmlər təqdim etdi. Onun oğlu Nizar Məmmədov da filmdə rol alıb. Aktyor heyətimiz isə düşünürəm ki, mükəmməldir”.
 
Oksana keçmiş həyat yoldaşı və filmdəki tərəf müqabili Elşadla münasibətlərindən danışıb:
 
"Beş ildir biz boşanmışıq. Heç vaxt onunla düşmən olmamışıq. Hər zaman doğmayıq, bir-birimizə dəstəyik. Onunla bir filmdə oynamağımız da normaldır. Düşünürəm ki, maraqlı olacaq. Çoxları deyir ki, ssenari plagiatdır. Ən çox da bu üç filmə bənzədirlər: "Mən və sən”, "Səndən öncə mən”, "Sən və mən”. Heç birinə bənzəmir. Nəyisə oxşada bilərlər, amma süjet xətti başqadır. Elşadı bir aktyor kimi kəşf etdim. İnanıram ki, bundan sonra film təklifləri alacaq”.
 
Elşad filmlə bağlı sualları cavablandırıb. O bildirib ki, burada həyatına oxşar məqamlar çoxdur:
 
"Oksananın öz həyatı dramdır deyə drama üstünlük verir. Maraqlı filmdir, axırda da işlər yoluna düşür. Cavanlıqda KVN-ə və yazı işlərinə bağlı olmağım, vaxtımın çoxunu kamera qarşısında olmağım mənə rahatlıq verdi. Filmdə oynamaq çətin deyildi. Tək çətinlik Fuad Poladov kimi biri ilə eyni filmdə rol almaqdır. İnsanların filmə marağı böyükdür. İnanıram ki, ekran işi reytinq toplayacaq. İstəyirəm ki, bu film mənim də həyatımda, Azərbaycan kino sənətində də bir irəliləyiş olsun. Komediyadan bir az uzaqlaşaq. Həyatda yaşadıqlarımız obrazımızı oynamağımıza kömək oldu. Burada şəxsi yox, film haqda danışmaq daha yaxşı olardı”.
 
Elşad "Sevgi münasibətinizdən bu filmin piarı üçün istifadə etdiniz" sualına belə cavab verib:
 
"Ola bilər. Son zamanlar müəyyən səbəblərdən şəxsi həyatla bağlı danışmırdıq. Filmdə istədik tamaşaçıya illər əvvəlki sevgi hekayəmizi çatdıraq. Ramaşaçı üçün də maraqlı olacaq. Həyatımızdakı çox məqamlar burada əks olunub".
 
Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevdir.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
14:07 21.10.2026
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı