Oksford və Kembric məzunu Kənan Cəlilov deputatlığa namizədliyini Ucar rayonundan irəli sürüb – FOTO

Seçki2020
15:15 17.01.2020
5021
Deputatlığa namizəd, AKI Inter Ltd. şirkətinin direktoru Kənan Cəlilovla müsahibə:

- Kənan Cəlilov ilk növbədə kimdir?

- Mən üç gözəl uşağın atasıyam – mənim 11 və 10 yaşlı iki qızım var. Oğlumun isə mart ayında 6 yaşı olacaq. Peşəkar fəaliyyətimə gəlincə, AKI Inter Ltd. şirkətinin direktoruyam. AKI Inter Ltd. – xaricdə təhsillə yanaşı, həmçinin portfelinə əczaçılıq, tikinti, neft avadanlığı və mühəndislik, investisiya və səyahətlər üzrə konsultasiyalarla məşğul olan AKI Inter Group Ltd. şirkətinə daxildir.

 

- Bir qədər təhsilinizdən bəhs edərdiniz.

- 1980-ci ildə Gəncədə doğulmuşam. 1986-cı ildə oradakı 18 saylı dəmir yolu məktəbinə getmişəm. Və 1996-cı ildə orta məktəbi bitirmişəm. Məktəbdə təhsil aldığım zamanlarda paralel olaraq müxtəlif dərnəklərə gedərdim, idmanla fəal şəkildə məşğul olardım. Həmçinin şahmat məktəbində də təhsil almışam, ikinci dərəcəli şahmatçıyam. Bununla yanaşı, 2 nömrəli musiqi məktəbini qarmon ixtisası üzrə bitirmişəm.

 


Hər zaman məni riyaziyyat və rəqəmlər cəlb edib. 9-cu sinifdə oxuyarkən 11-ci sinifin riyaziyyat proqramını bilirdim. Rəqəmlərə olan həvəsim məni 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit” fakültəsinə gətirdi.

Hər zaman daha çox biliklərə yiyələnməyə can atmışam. Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi bitirdikdən sonra magistraturaya daxil olmaq qərarına gəldim. Və "Xəzər” Universitetinə daxil oldum, lakin orada cəmi 4 ay təhsil aldım. Çünki bir an anladım ki, burada İqtisad Universitetində öyrəndiklərimi yenidən öyrənirəm. Buna görə də ali təhsilimi Amerikada davam etdirərək University of Wisconsin-a daxil oldum.

Lakin bununla da kifayətlənmədim. 2003-cü ildə Vətənə qayıtdıqda Azərbaycan Dövlət İqtisad Universitetində yenicə açılan MBA-ya daxil oldum. Oranı 2005-ci ildə fərqlənmə diplomu ilə bitirdim. Aldığım ali təhsillərdən sonra bəlkə də dayanmaq lazım idisə, lakin hər zaman "böyük üçlükdə” – Harvard, Kembric və ya Oksfordda təhsil almaq arzusunda olmuşam. Bunlardan birinə daxil olmaq üçün hər il sənədlərimi göndərirdim. Və nəticədə 2007-ci ildə Kembricdə aspirantura pilləsi üzrə "Maliyyənin Strateji idarəetməsi” fakültəsinə daxil oldum. Dünyada maliyyə böhranı başlayanda, yəni 2009-cu ildə təhsilimi bitirdim.

Təhsil almağımla bərabər, AKI Inter Ltd. şirkətini də inkişaf etdirirdim. Həmin dövrdə şirkət dinamik inkişaf edən müəssisələrin ümumi Avropa reyestrində yer aldı, Avropa Biznes Assambleyasının Təqdimat Komitəsi isə Sokrat Samitində Böyük Britaniyanın Oksford şəhərində mənə Avropanın ən nüfuzlu mükafatlarından birini – "Kraliça Viktoriya” adına eksklüziv Britaniya mükafatını (The International Award «Queen Victoria Commemorative Medal) verdi.

 

Avropa Biznes Assambleyasının nümayəndələri elə həmin dövrdə şirkətimizi keyfiyyət və idarəetmə sahəsində əldə olunan nailiyyətlər, eləcə də təhsil sahəsində qüsursuz işgüzar nüfuza görə ali mükafata – "İlin ən yaxşı müəssisəsi” ("Best Enterprises of the Year”) adına layiq gördü. Mən isə rütbə və ad sertifikatına – "Avropada ilin ən yaxşı top-meneceri” adına layiq görüldüm. Bütün məqsədlərimə çatmağıma baxmayaraq, yenə də öz üzərimdə çalışmağı davam etdirdim. Qarşıma yeni-yeni məqsədlər və ödəliklər qoydum.

 


Nümunə üçün, 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində AKI Inter Ltd.-nin ofisinin açılışı oldu. Və biz də Ukraynanın ən böyük ali təhsil ocaqlarının nümayəndələrindən olduq. Bunların arasında hər kəsin can atdığı "qırmızı korpus”, Taras Şevçenko adına Kiyev Milli Universiteti kimi Ukraynanın ən əhəmiyyətli təhsil müəssisəsi hesab olunanlar da vardı. Burada qiyabi olaraq hüquqşunaslıq üzrə təhsil almışam – bu da mənim ali təhsillərimdən biridir.

2013-cü ilin martında Oksford Universitetində Accelerate Management öyrənməyə başladım. Burada bir illik tədris kursunu 3 aya bitirdim. Azərbaycanda aldığım MBA təhsilim məni qane etmədiyi üçün peşəkar ixtisasımı daha da artırmaq istəyirdim. Buna görə də MBA proqramı üzrə Anglia Ruskin University-yə daxil oldum. Təhsilimi bitirdikdə özünütəhsillə məşğul olmağa başladım. Bu günə qədər də hesab edirəm ki, təhsil – hər şeyin əsası, təməlidir, bunsuz müasir dünyada həyatı təsəvvür etmək mümkün deyil.

Həyatımın bir gününü kitabsız təsəvvür edə bilmirəm. Hətta iş qrafikimin həddindən artıq yüklənməsinə baxmayaq, mütaliə etmək üçün hər zaman vaxt tapıram. Evimdə və bağ evimdə də böyük kitabxanam var.

 

- Bu qədər çox təhsil almağa sizi nə təşviq edib? Axı müəyyən bir dövrdə aldığınız ali təhsillərlə kifayətlənə bilərdiniz.

- Hələ orta məktəbdə şagird olduğum zamanlarda həmyaşıdlarımın dərslərə hazırlıqsız gəlmələrini anlaya bilmirdim. Təəccüb edirdim ki, nə üçün yeni biliklərə yiyələnmək və ümumiyyətlə dünya onları maraqlandırmır. Bütün hər şeyi bilmək istəyirdim. Bu qədər çox təhsil almağıma mənə ilk və başlıca olaraq bilgisizliyim təhrik etdi.

Bilik bizi daha çox bilgisizliyə yaxınlaşdırır. Nə qədər çox bilsək də, mahiyyətcə biz bilikdən daha az bilirik. Hər zaman bilik almağı istəmişəm və istəyirəm də. Buna görə də bu gün də özünütəhsilimi davam edirəm.

- Təhsil artıq sizin peşəkar fəaliyyətinizin bir sahəsinə çevrilib. AKI Inter Ltd. xaricdə təhsil və xarici dil kursları ilə məşğuldur. Şirkət haqqında daha ətraflı bəhs edərdiniz.

- Əgər xaricdə təhsil almaq sizin ən əlçatmaz arzunuzdursa, o zaman 100% əmin olun ki, AKI Inter Ltd. bu arzunuzu reallığa çevirəcək. Şirkət olaraq başlıca məqsədimiz və əsas missiyamız – təhsil almağa yardımçı olmaqdır. 1998-ci ildən başlayaraq bunu uğurla həyata keçiririk. Bununla da ABŞ, Avropa, MDB və BƏƏ-nin ən yaxşı ali təhsil ocaqlarına göndərdiyimiz tələblərimizi parlaq gələcəklə təmin edirik. Razılaşın ki, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq gələcək uğurlu karyeranın açarıdır.

İlk olaraq konsultasiya aparırıq, daha sonra təhsil üçün ən yaxşı variantları təqdim edirik. Sevindirici məqam tələbələrimizin dünyanın ən yaxşı təhsil ocaqlarında Azərbaycanı layiqincə təmsil edərək Vətənə qayıtmaları və ölkəmizin inkişaf edərək çiçəklənməsində əllərindən gələni əsirgəməməsidir.

- Bəs rəhbər olaraq necə birisisiniz?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Ən yaxşısı əməkdaşlarımdan soruşun (gülür). Düşünürəm ki, pis rəhbər deyiləm. Kollektivimiz – böyük bir ailədir. AKI Inter Ltd.-də 10 ildən artıq çalışan əməkdaşlarımız da var. Bu isə, razılaşın ki, çox şeydən xəbər verir. Hər zaman əməkdaşlarımı dinləməyə, onlar üçün əlimdən gələn bütün köməklikləri göstərməyə hazıram. Onlardan hər biri mənim üçün dəyərlidir. Sevinirəm ki, kollektivim də mənim kimi əldə etdiyi nailiyyətlərdən kifayətlənməyir. Mənimlə birlikdə inkişaf edərək genişlənir.

 


- Əməkdaşlar, ailə, özünütəhsil – bütün bunların hamısına necə çatdırırsınız?

- Bəzən bu sualı özüm özümə də verirəm. Lakin bu, vərdiş işidir. Bəzən iş günüm saat 07.00-da başlayıb, gecə 12-yə qədər davam edə bilər. Əgər əvvəllər yorulurdumsa, zamanla buna öyrəşdim və yorğunluğu hiss etmirəm. Bütün bunlar təbii ki, zamanla yarandı. Lakin Amerikadakı həyatım və təhsilim bunda ən böyük rolu oynadı.

Yuxarıda bildirdiyim kimi, University of Wisconsin-da təhsil aldığım dövrdə dərk etdim ki, Bakıda bakalavr pilləsi mənə çox şeyi verməyib, eləcə də əla səviyyədə hesab etdiyim ingilis dili biliyim də lazımi səviyyədə deyildi. Tələbə yoldaşlarımdan fərqlənərək onlardan üstün olmağım üçün gecəm-gündüzüm kitabxanada keçirdi.

Həddindən artıq yükləndiyim üçün zamanla orqanizmin bunlara öyrəşdi. İndi mən az yataraq asanlıqla çox işləyə və kitab oxuya bilərəm. Bu, artıq adətimə çevrilib. Hər zaman özünütəhsillə məşğul olduğum üçün bunda da ən böyük rolu Amerikanın payına düşür. Orada qısa zamanda müstəqil olaraq bakalavr proqramına yiyələndim.

- AKI Inter Ltd. 21 ildir ki, təhsil bazarındadır. Rəhbərlik etdiyiniz şirkətin uğurunun sirri nədədir?

- Uğurun sirri çox sadədir – çalışqanlıq. Bu, hər bir şirkətin uğurunun əsasıdır. Hər zaman çox çalışmaq və çətinliklərdən qorxmamaq lazımdır. Nə çür çətinlik olmasına baxmayaraq, onların öhdəsindən layiqincə gəlmək lazımdır. Uğurun əsas faktorlarından biri də hər şeyə və hər kəsə, hətta ən xırdalıqlara belə ciddi yanaşmadır. Biznesdə qeyri-ciddi olmaq olmaz.

Daha bir vacib faktor – işə qohumluq və tanışlıq əlaqələri ilə deyil, peşəkar kadrların cəlb edilməsidir. Belə olan halda uğurlu biznes qurmaq olmaz. AKI Inter Ltd., kimi möhkəm kollektivimdə olduğu kimi, komandada dostlar və qohumlar deyil, peşəkarlar, işi "a”dan "z”yə qədər bilənlər olmalıdır. Zamanla işin gedişində dostlaşmaq olar. Lakin kimisə işə kiminsə himayədarlığı ilə götürmək olmayıb və heç vaxt da olmayacaq.

Əgər ümumilikdə uğurun sirrindən danışsaq, yuxarıda sadaladıqlarıma şansı da əlavə etmək istərdim. Onsuz mümkün deyil. Lakin bununla yanaşı, qeyd edim ki, hər kəs öz həyatını və bisnesini özü qurur. Burada da çətinlikdən deyil, asan qazanılan uğurdan çəkinmək lazımdır.

Nikbin ab-havanın qorunub saxlanılması da az əhəmiyyət kəsb etmir. Ən çətin anlarda belə hər şeydə müsbət məqamları tapmaq lazımdır. Əgər məsələni həll edə bilmirsinizsə, narahat olmayın, əgər həll edə bilirsinizsə, deməli narahat olmağa dəyməz (gülür).

Qarşılıqlı hörmət – bu da uğurun ən vacib faktorlarından biridir. Qarşılıqlı hörmətlə çox şey qurmaq olar və buna çox şey bağlıdır. AKI Inter Ltd.-nin hər bir əməkdaşına və tərəfdaşlarına böyük hörmətlə yanaşıram və bütün bunlar qarşılıqlıdır.

Əgər uğurdan danışırıqsa, qeyd edim ki, nəyinsə qaydasında olmamasından və ya işlərin pis getməsindən qəzəblənməmək və gileylənməmək də vacibdir. Belə olan halda özünü yaxşı tərəfə yönəltməlisən. Sən yaxşı tərəfə yönəldikcə, ətrafında hamı və hər şey də yaxşılığa doğru dəyişəcək. Hər zaman buna da can atıram və əməl edirəm.


- Bəs Kənan Cəlilov işdən kənarda, evdə uşaqları ilə necə biridir?

- Həddindən artıq dərəcədə uşaqlarımı sevirəm, onlar mənim əsas antidepressanımdır. İstənilən iş – müəyyən stressdir. Lakin addımımı evimin qapısından içəri atan kimi, işlə bağlı hər şey ofisdə qalır və mən yalnız müstəbə köklənirəm. Uşaqlarımla, xüsusilə də məni günbəgün öz dünyagörüşü və zəkası ilə heyran edən oğlumla keçirdiyim bütün asudə vaxtım mənim əsas həyat prioritetimdir.

- Sizin üçün ailə hansı əhəmiyyəti kəsb edir?

- Ailə hər şeydir! Ailə gücümdən üstündür. Həyatımda birinci planda hər zaman ailəm, sonra isə mən, daha sonra isə arzular, diləklər və planlar yer alır. Düşünürəm ki, hər kəs bu prinsipə uyğun yaşamalıdır.

- Bəs yaxın gələcəkdə planlarınız nədir?

- Müsahibənin əvvəlində qeyd etdiyim kimi, Gəncədə doğulmuşam. Orada çoxlu qohumlarım, doğmalarım, mənə əziz insanlar, çox sevdiyim sinif yoldaşlarım və dostluğuna çox dəyər verdiyim dostlarım da var. Lakin əslim Bakıdan 250 kilometr qərbdə,uşaqlıqda tez-tez getdiyim Ucardandır.

Və bu gün çoxhörmətli cənab prezidentimiz İlham Əliyevin ölkədə apardığı islahatları, gənclərə öz bacarıqlarını nümayiş etdirmək, Vətənimiz üçün faydalı olmaq imkanı verdiyini gördükdə qərara gəldim ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər zamanı deputat olmaq üçün öz namizədliyimi Ucar rayonundan irəli sürüm.

Ola bilsin ki, bir vaxtlar doğma diyarıma lazımi diqqət və zaman ayırmamışam. Və indi bunun əvəzini qarşılamaq üçün özümü Ucar rayonu və onun əhalisinin xeyrinə ləyaqətlə göstərərək burada həyat şəraitinin daha da yaxşılaşdırılması üçün əlimdən gələni etmək istəyirəm.

Özümü doğma ölkəmin taleyində müsbət dəyişikliklərin iştirakçısı olmağa hazır hiss edirəm. Beləki, bu gün burada gənc nəslin özlərini göstərmələri və hər cür yeniliklər üçün hərtərəfli şərait yaradılıb. Mənə gəldikdə isə, qazandığım təcrübəmə və aldığım təhsillərimə söykənərək özümü yalnız və yalnız yaxşı tərəfdən göstərməyə və səylərimi bütün qəlbimlə sevdiyim doğma Azərbaycanımın daha da çiçəklənməsi və inkişafı naminə yönəltməyə hazıram.

Kənan Cəlilovun Ucar rayonu üzrə seçki platforması:
 
GƏNC PARLAMENTƏ LAYİQ!

Parlamentin gənc üzvləri ilə ictimai nüfüz qazanaraq yenilənməsinin və islahatların aparıcı qüvvəsinə çevrilməsi

Parlamentin islahatlar və yenilənmə sahəsində ölkə prezidentinə dəstək verməsi

Yeni parlamentdə islahatçı fikirlərin və ideyaların irəli sürülməsi

Parlamentin Azərbaycanın aparıcı siyasi və intellektual elitasını özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması
QANUNVERİCİLİK FƏALİYYƏTİ

Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması

Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması

Qanunvericilik fəaliyyətində Strategiya – Proqram – Qanun ardıcıllığının gözlənilməsi

Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

Seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verilməsi. Yəni müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və həyata keçirilməsi

Hər ay Ucarda seçicilərlə davamlı görüşlərin keçirilməsi

Ucar şəhərində daimi qərargahın yaradılması

Deputatın qeydiyyat kitabçasının tərtib edilməsi və müvafiq təhlilin aparılması

Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə problemləri lazımı üzrə yönləndirmək

Seçicilərə münasibətdə «İnanın, Seçin, Tələb edin» prinsipinin gözlənilməsi

Ucarda millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi

İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi

Rayonun sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi

Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması

Gənc kadrların irəli çəkilməsi

İQTİSADİYYATIN İNKİŞAFI

Ucarın sosial-iqtisadi inkişaf proqramının hazırlanması

Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması

Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması

Banklar tərəfindən regiona yönələn kreditlərin artırılması üçün tənzimləyici hüquqi normaların işlənib hazırlanması

Xarici sərmayənin bölgəyə cəlb edilməsinin həvəsləndirilməsi məqsədi ilə müvafiq qanunların təkmilləşdirilməsi

Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində bölgəyə yönəldilməsi üzrə təkliflərin müvafiq icra orqanlarına təqdim edilməsi

UCARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MALİYYƏ TƏMİNATI

Dövlət büdcəsindən rayona subsidiyaların artırılması

Xarici investisiyaların cəlb edilməsi

Beynəlxalq təşkilatların yardımları və kreditləri

AQRAR SEKTORUN İNKİŞAFI

Kəndin və kəndlinin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi

Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə hökumət qarşısında məsələ qaldırılması

Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
Kənd təsərrüfatının inkişafına həlledici təsir göstərən yeyinti sənayesi müəssisələrinin rayonda geniş şəbəkəsinin yaradılması istiqamətində konkret işlərin görülməsi

Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması

Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasını nəzərdə tutan müvafiq hüquqi bazanın yaradılması

Ucarda yeni taxıl elevatorunun tikintisi məsələsinin qaldırılması

Konserv zavodunun bərpası

Süd zavodunun bərpası

Ucarda kənd təsərrüfatı məhsulları üçün yeni soyuducu kameraların qurulması məsələsinin qaldırılması

Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması

Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi

Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması

İNFRASTRUKTUR

Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması ilə bağlı məsələ qaldırılması

Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması

Su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təklifin qaldırılması

Ucar kəndlərinin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə məsələ qaldırılması

Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin çəkilməsinə müvafiq qaydada köməklik göstərilməsi

Ehtiyac olan yerlərdə körpülərin salınması üçün təkliflərin müvafiq orqanlara təqdim edilməsi və onların reallaşdırılması

SOSİAL MƏSƏLƏLƏR

Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi

Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması

Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi

GƏNCLƏR SİYASƏTİ

İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla Ucar gənclərinin mənzil təminatının yaxşılaşdırılması

Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması

İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası
Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi

Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən Ucardan olan gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi

Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması

Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması

TƏHSİL SİSTEMİ

Ucqar kəndlərdə dərs deyən müəllimlər üçün imtiyazların artırılmasının qanunvericiliklə təsbit olunması

Rayonda ali və orta ixtisas məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması

Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi

Təhsil sistemində əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması məsələsinin hökumət qarşısında qaldırılması

Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılması
Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi

SƏHİYYƏ SİSTEMİ

Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə dövlət vəsaitlərinin artırılması məsələsinin büdcənin müzakirəsi zamanı təklif etmək

Səhiyyə sistemi üzrə əmək haqqının səviyyəsini ölkə üzrə orta aylıq əmək haqqının səviyyəsinə çatdırmaq üçün təkliflərin hazırlanması

Ucarda dövlət vəsaiti hesabına müasir standartlara cavab verən diaqnostika mərkəzinin açılması məsələsinin müvafiq orqanlar qarşısında qaldırılması

Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Gigiyena və Epidemoloji Mərkəzinin inzibati binasının və Vərəm əleyhinə Mübarizə Dispanserinin tikintisi, tibb müəssisələrinin əsaslı təmiri məsələsinin qaldırılması

MƏDƏNİYYƏT

Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması

Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə Ucar rayonuna olan diqqətin daha da artırılması

Ucarın ədəbi-mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi

Ucarın mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi
 
QARABAĞ

Ucar sakinlərinin və ümumiyyətlə bütün azərbaycanlıların ən böyük arzusu erməni separatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlı yorulmadan, usanmadan, əzmlə çalışmalıdır. İnkişaf edən Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Ucar lazımdır!

Kənan Cəlilov sosial şəbəkələrdə:
 


 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:37 23.11.2020

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

23:04 23.11.2020

Teymur Rəcəbov erməni Levon Aronyana qalib gəldi

22:43 23.11.2020

Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət - VİDEO

22:23 23.11.2020

İlham Əliyev və xanımının Ağdam səfərindən - Fotolar

21:57 23.11.2020

Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

21:25 23.11.2020

Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

21:06 23.11.2020

İqor Korotçenko: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

21:04 23.11.2020

Ağdama yol çəkilir - FOTO

20:53 23.11.2020

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO-VİDEO

20:25 23.11.2020

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət etdi

20:06 23.11.2020

Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”

19:39 23.11.2020

Rusiya sülhməramlısı Qarabağda yaralandı

19:33 23.11.2020

Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO

19:06 23.11.2020

İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

19:06 23.11.2020

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

18:28 23.11.2020

İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"