Oksfordda qorxulu partlayış baş verdi: Alov səmanı işıqlandırdı

Oksfordda qorxulu partlayış baş verdi: Alov səmanı işıqlandırdı
DÜNYA
10:58 03.10.2023
124
İngiltərənin Oksford şəhərində güclü partlayış baş verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra çəkilən görüntülərdə səmanı işıqlandıran nəhəng yanğın görünür.

İngiltərə mətbuatına danışan insanlar yanğının bölgədə ildırım vurması nəticəsində baş verdiyini bildiriblər.

Eynilə sosial şəbəkə istifadəçiləri ərazidə çox güclü ildırımın düşdüyünü, daha sonra yanğının başladığını bildiriblər.

Gülay