Oktay Əsədovdan deputatın çıxışına reaksiya: ‘Bir də baxırsan ki, səni oğurladılar’

Oktay Əsədovdan deputatın çıxışına reaksiya: ‘Bir də baxırsan ki, səni oğurladılar’
SİYASƏT
15:46 12.02.2016
1871
“Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda, avtobus qəzalarında olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir. İndi elə sürüclər var ki, onlar avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar. Ona görə də qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar daha da təkmilləşdirilməlidir".
Bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.
Komitə sədri bildirib: "Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarı ilə də həmin sürücü yol qəzalarına şərait yaratmış olur.
Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır. Xəritələri çıxararaq onlara verirlər ki, hansı yolda təmir gedəcək, bu, nə qədər davam edəcək və s. Bakıda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların bütün əsəblərini korlayır.
Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücələrə elan etmək lazımdır. "İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır.
Sürücülərin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır".
Spiker Oqtay Əsədov onun çıxışına zarafatla münasibət bildirib: "Bir də baxırsan ki, səni oğurladılar. Ümumilikdə götürdükdə isə səsləndiridiyiniz məsələlər diqqət olunası işlərdir".
Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb