Oktay Güləliyevi əməliyyat edən cərrah danışdı: “Hazırda vəziyyəti ...”

Oktay Güləliyevi əməliyyat edən cərrah danışdı: “Hazırda vəziyyəti ...”
SOSİAL
23:00 31.10.2019
11071
Xəbər verdiyimiz kimi oktyabr ayının 29-u Nəsimi rayonu ərazisində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyevi vurub.

AZXEBER.COM-a açıqlama verən tanınmış cərrah Bəhman Yadigarov bunları deyib: "30 oktyabr saat 12:30 da Səhiyyə Nazirliyi tərəfindən xəstənin əməliyyat olunmasıyla bağlı göstəriş verilib.

Hadisədən dərhal sonra "Sity hospital"a yerləşdirilən hüquq müdafiəçisini əməliyyat edən cərrah, əməliyyatın çox ugurlu keçdiyini, beynindən böyuk ölçulu himotoma xaric olunduğunu qeyd edib".

Xəstənin vəziyyəti ilə bağlı məlumat verən cərrah Bəhman Yadigarov onu da qeyd edib ki, əməliyyat uğurla keçsə də, hələlik xəstənin vəziyyəti agırdır, koma vəziyyətindədir. Reanimasiya şöbəsində müalicəsi davam edir. Xəstə Səhiyyə Nazirliyi və Neyrocərrahiyyə xəstəxanasının tam nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR