Oktyabrın 4-dən havalar sərinləşəcək

Oktyabrın 4-dən havalar sərinləşəcək
Bütün Xəbərlər
13:58 03.10.2012
998
Ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam etsə də, oktyabrın 4-5-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR