Fransa milli komandasının hazırkı baş məşqçisi Didye Deşam 2020-ci ilə qədər vəzifəsində qalacaq.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre deyib.
"Ola bilsin ki, sabah Zidan "Yuventus"-a rəhbərlik etsin, mən heç nə bilmirəm. İçi mən qarışıq, hamı təəccüb içindədir, lakin Deşam və Zidan ətrafında müzakirələr aparmaq lazım deyil. Bu qeyri-ciddidir. Biz dünya çempionatına komanda ilə azı 2020-ci ilə qədər müqaviləsi olan baş məşqçi Deşamla başlayacağıq. Önümüzdəki illərdə Zidanla heç bir danışıqlar aparılmayacaq. Görüşən zaman, əlbəttə ki, biz söhbət edirik, lakin Didye 2020-ci ilə qədər və ya daha çox müddətə yığmada işləyəcək".
Xatırladaq ki, Zidan bir neçə gün əvvəl Real Madrid-in baş məşqçi postundan gözlənilmədən istefa vermişdi.