Olaf Şolts: Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır

SİYASƏT
14:43 26.04.2024
210
Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.

AZXEBER.COM xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addıma təşviq edirəm", - o qeyd edib.

Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR