Almaniya kansleri Olaf Şoltz Ukraynada müharibə bitərsə, Rusiya ilə iqtisadi əməkdaşlığın bərpa oluna biləcəyinə işarə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şoltz Almaniya İqtisadi Münasibətləri üzrə Şərq Komitəsinin 70 illik yubiley tədbirində bildirib ki, Rusiya müharibə başa çatdıqdan sonra Avropa qitəsinin ən böyük ölkəsi olmağa davam edəcək.
Buna görə də bu dövrə hazırlaşmağın mərkəzi əhəmiyyət kəsb etdiyini deyən Şoltz, "Bir şey aydındır ki, indiki əlaqələrimiz geriyə doğru getdi. Bununla belə, müharibəni bitirmiş Rusiya və özləri üçün fərqli bir gələcək arzulayan Rusiya vətəndaşlarının da başqa bir zamanda yenidən iqtisadi əməkdaşlığa başlaya bilmə şansına ehtiyacı var”, - deyə o, müharibə bitəcəyi təqdirdə Rusiya ilə iqtisadi əməkdaşlığa işarə edib.
Bununla belə, o, hazırda bunun baş verməyəcəyini, əksinə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiklərini bildirərək, "Rusiya prezidenti Vladimir Putin öz müharibəsi ilə təkcə Ukraynanın infrastrukturunu, şəhər və kəndlərini məhv etməklə kifayətlənmir, eyni zamanda, Rusiyaya qarşı sanksiyaları gücləndirir.
Putinin məqsədinin yeni imperiya olduğunu müdafiə edən Şolz bunun üçün Ukraynanın körpülərinin, infrastrukturunun, enerji və su ehtiyatlarının məhv edildiyini vurğulayıb. Kişilərin, qadınların, qocaların və uşaqların raketlərlə vurulduğunu qeyd edən Almaniya kansleri, "Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Ona görə də Rusiya bu müharibədə qalib gəlməməlidir və Rusiya bu müharibədə qalib gələ bilməyəcək.
Mikayıl