Oğlan 10 ildir birlikdə olduğu keçmiş sevgilisini güllələyərək öldürdü

Oğlan 10 ildir birlikdə olduğu keçmiş sevgilisini güllələyərək öldürdü
SOSİAL
13:06 27.07.2022
879
Oğlan "son dəfə görüşək” dediyi keçmiş sevgilisini öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Üsküdarda 30 yaşlı Elif G. 10 il birlikdə olduqdan sonra ayrıldığı keçmiş sevgilisi tərəfindən güllələnərək öldürülüb. 

Məlumata görə, baş verən hadisədə saç ustası işləyən Elif G özü kimi saç ustası olan sevgilisi K.B ilə 1 ay əvvəl ayrılıb. Bununla belə, K.B gənc qadını buraxmayıb. O, "sonuncu dəfə görüşək, deyəcəklərim var” deyərək Elif G ilə görüş təşkil edib. Maşında danışmağa başlayan iki nəfər arasında mübahisə yaranıb. K.B. gənc qadına 3 dəfə atəş açıb.

Daha sonra o, Elif G-ni xəstəxanaya qoyaraq yoxa çıxıb. Ağır yaralanan gənc qadını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR