Avtomobil almaq üçün öz cinsiyyət orqanını (xayasını) satan amerikalı internetdə tənqid dalğasına tuş gəlib.
AZXEBER.COM-un Newsru.com-a istinadən verdiyi xəbərə görə, NBC kanalında gedən “Docs” verilişində o bəyan edib ki, 35 min dollara öz sol xayasını satır və bu pula özünə“Nissan 370Z” idman maşını alacaq.Daha əvvəl Mayk TLC telekanalında çıxış edərkən bu planını tamaşaçılarla bölüşmüşdü. O bildirmişdi ki, burada çətin heç bir şey yoxdur.“Sadəcə, gedirsən və xayalarından biri tibbi məqsədlər üçün təhvil verirsən, onu isə protezlə əvəz edirlər, 2 həftə sonra isə 35 min dollarlıq çeklə oradan çıxırsan”, - deyə o bildirib.