Oğlan sevgilisini zorlayaraq yandırdı

DÜNYA
12:59 13.12.2013
1356
Stavropol vilayətinin Kirov rayon müstəntiqləri 15 yaşlı qızın 18 yaşlı oğlan tərəfindən zorlanması və həyatına qəsdlə bağlı təhqiqatı başa çatdırıblar.
AZXEBER.COM “Novayagazeta” nəşrinə istinadən xəbər verir ki, istintaqın müəyyən etdiyinə görə, müttəhim qurbanı ilə çay kənarında mübahisə edib və onu döyməyə başlayıb.
Qız huşunu itirəndən sonra cani onu zorlayaraq boğmaq istəyib. Daha sonra onun mobil telefonunu götürən oğlan qızın üzərinə ot tökərək yandırıb. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.
Lakin qız özünə gəlib və evə qaça bilib. Sonra çoxsaylı zədə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Cinayət işi prokurorluğa verilib.

OXŞAR XƏBƏRLƏR