Olimpiada ərəfəsində Tokioda rekord yoluxma qeydə alındı

Olimpiada ərəfəsində Tokioda rekord yoluxma qeydə alındı
DÜNYA
15:27 21.07.2021
1352
Son bir gün ərzində Yaponiyanın paytaxtı Tokioda 1832 nəfər koronavirusa yoluxub.

Bu, yanvarın ortalarından bəri paytaxt üçün rekord göstəricidir.

Tokio-2020 Yay Olimpiya Oyunlarında isə indiyədək 80-ə yaxın şəxsdə infeksiya aşkar edilib.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR