"Rio 2016” oyunlarında iştirak etmiş kolumbiyalı ağırlıqqaldıran Edvin Mosqera Roa öldürülüb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı idmançı Palmira şəhərində barların birində silahlı hücuma məruz qalıb.
Başından və kürəyindən güllələnən Mosqera yerindəcə keçinib.
Polis hazırda hadisəni törədən şəxsi axtarır.
Cinayətkarı tapana 4 min avro mükafat veriləcəyi vəd edilib.