Fevralın 8-də 22-ci Qış Olimpiadasında ilk Olimpiya rekordu qeydə alınıb.Niderlandlı konkisürən Sven Kramer 5 min metr məsafəyə qaçışla bütün rəqiblərini keçərək qızıl medala sahib olub, həm də 6:10:76 nəticə ilə yeni Olimpiya rekordu adına layiq görülüb.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Soçi şəhərinin “Adler-arena” stadionunda keçirilən yarışda ilk üç yeri niderlandlılar tutub. Yan Blokheysen və Yorrit Berqsma 2-ci və 3-cü yerlərdə qərarlaşıblar.