XXX London Yay Olimpiadasında uğurlu çıxışı ilə diqqət çəkən avarçəkənimiz Aleksandr Aleksandrov bu gün ölkəmizə daha bir medal qazandıra bilər. AZXEBER.COM-un məlumatına görə, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək təmsilçimiz final mərhələsində medallar uğrunda mübarizə aparacaq. 2000 m məsafəyə yürüşdə 22 yaşlı Aleksandrovun rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olacaq. İdmançımız start xəttinə isə Bakı vaxtı ilə saat 16:30-da çıxacaq.