Olimpiadada yeni insident - Məşqçi rəqiblərini dronla izlədiyi üçün işdən qovuldu

İDMAN
18:27 26.07.2024
158
Qadınlardan ibarət Kanada futbol komandasının məşqçisi Olimpia oyunlarından uzaqlaşdırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyasının baş katibi Kevin Blyu məlumat verib. Buna səbəb məşqçi Bev Pristmanın rəqib komandanı dron vasitəsi ilə izləməsi olub. Turnirin sonunadək məşqçi saləhiyyətlərini Endi Spens icra edəcək.

Bir qədər əvvəl Yeni Zelandiya yığmasının məşqinin səmada dron müşahidə edildiyi üçün yarımçıq dayandırıldığı bildirilirdi. Kanada Milli Olimpia Komitəsi öz növbəsində rəsmi şəkildə insidentə görə Yeni Zelandiyanın Milli Olimpia Komitəsindən üzr istəmişdi. 

OXŞAR XƏBƏRLƏR