Olimpiadanın ən gözəl qadın idmançısı siyasətçi olmağa hazırlaşır.AZXEBER.COM-un məlumatına görə, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının ən gözəli xorvatiyalı basketbolçu 25 yaşlı Antonija Misura seçilmişdi.O, nəinki tamaşaçıların, hətta Olimpiadadakı kişi idmançıları belə heyran etməyi bacarmışdı. İndi isə bu gözəl qız ölkəsinin siyasi həyatında yer almağı planlaşdırır.Belə ki, Misura doğulduğu Sibenikdə şəhər məclisi üçün Xorvatiyanın demokratik Birliyi Partiyasından namizəd seçilib.