Olimpiya çempionumuz evləndi - FOTOLAR

İDMAN
16:42 29.10.2012
3433
Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü, Londonda keçirilən Olimpiya Oyunları - 2012-nin qalibi Şərif Şərifovun toyu olub.
AZXEBER.COM-un Dağıstan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata örə, Şərif Şərifov Aminat adlı qızla evlənib. Güləşçinin həyat yoldaşı Dağıstan Tibb Akademiyasının stomatologiya fakültəsində təhsil alır.Şərif və Aminat Dağıstanın Çarodin rayonunun Qenux kəndindəndir. Toy mərasimi “Rossiya” şadlıq evində baş tutub. Mərasimdə bir çox tanınmış atlet və məşqçilər, idmançılar iştirak edib. Toy mərasiminə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyevin rəhbərliyi ilə Azərbaycandan olan nümayəndə heyəti də qatılıb. Onların arasında Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov və ölkəmizin Güləş Federasiyasının vitse-prezidenti Maqomed Əliömərov olub.

OXŞAR XƏBƏRLƏR