Olimpiya ərəfəsində Londonda otel qiymətləri 4 dəfə artıb

DÜNYA
15:20 21.07.2012
1493
Mehmanxana xidməti sahəsində vəziyyəti araşdıran mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Yay Olimpiya Oyunlarının keçirildiyi müddətdə Londonda otellərin bəzilərinin qiyməti 4 dəfə qaldırılıb. Eksperlər 4 nəfərlik bir ailənin ikiotaqlı otel nömrəsində 27 iyul tarixindən avqustin sonlarına kimi-Olimpiadanın keçiriləcəyi müddətdə sərf edəcəyi pulu hesablayıblar. Beləliklə, Londonun mərkəzində bu rəqəm 4,5 min dollar olub ki, bu da əvvəlki rəqəmdən 139 faiz çoxdur. Analitiklər həmçinin hər gün təxminən 180 min insanın gələcəyi Olimpiya parkı yaxınlığındakı mehmanxanaların qiymətlərini də araşdırıblar. Nəticədə məlum olub ki, bu mehmanxanaların əksəriyyətində boş nömrələr qalmayıb. Əksəriyyət otellər isə belə bir dünya miqyaslı tədbirin keçiriləcəyi müddətdə bir həftəyə 7,8 min dollar istəyirlər ki, nəticədə də qiymətlərin 301 faiz, yəni 4 dəfə artdığı görünür.

OXŞAR XƏBƏRLƏR