Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb

İDMAN
20:10 08.02.2024
262
Paris-2024 Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransanın paytaxtı Parisdə təşkil olunacaq olimpiadanı izləmək istəyən idmansevərlər üçün portal istifadəyə verilib.
Tamaşaçılar buraya keçid edərək, istədikləri idman növünə bilet ala və yarışlara biletlərin daxil olduğu səyahət paketlərini sifariş verə bilərlər.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR