23:22 çərşənbə Axşamı, 17 Iyul 2018
İDMAN

"Olimpiya"nın baş məşqçisi: “Qarabağ” keyfiyyətli komandadır"

16:55, 10.07.20183264
"Rəqibimiz çoxlu dəyişikliyə məruz qalıb. Bu, keyfiyyətli, yüksək səviyyədə təşkil olunmuş komandadı və Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib".

Bu sözləri "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

I təsnifat mərhələsində Azərbaycan çempionu ilə qarşılaşacaq Lyublyana təmsilçisinin çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. Baş məşqçi komandasının şanslarını dəyərləndirib: "Qarabağ” keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadı. Yəni Çempionlar Liqasının qrup mərhələsində iştirak etmələri təsadüf deyil. Bu üzdən bizi çox çətin oyun gözləyir. Ancaq hansı səviyyədə olduğumuzu görmək üçün yaxşı sınaq olacaq. Klub rəhbərliyini və azarkeşlərimizi razı salmağa çalışacağıq”.

Qeyd edək ki, iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
 
///Qaynarinfo 
XƏBƏR LENTİ