Qazaxıstanda hazırkı hökumətin istefası prezident Kasım Jomart Tokayev tərəfindən təsdiqləndikdən sonra yeni baş nazir 43 yaşlı Oljas Bektenov olub.
AZXEBER.COM xəbər verir ki, Qazaxıstanda prezident Kasım Jomart Tokayevin Konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefası ilə bağlı qərarı imzalamasından sonra ölkənin yeni baş naziri elan edilib.
Tokayev Oljas Bektenovun baş nazirliyə namizədliyini parlamentin aşağı palatasında deputatların səsinə təqdim etdiyi halda, 69 deputatın dəstəklədiyi 43 yaşlı Bektenov ölkənin yeni baş naziri olub.
Tokayev açıqlamasında "Oljas Bektenov təcrübəli dövlət qulluqçusudur. İqtisadiyyat və digər sahələrdə geniş biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, nizam-intizamına, dürüst və çalışqanlığına malikdir. Ona görə də ölkə iqtisadiyyatının hədəflərini həyata keçirmək üçün bizim kifayət qədər imkanlarımız olacağını düşünürəm”,- deyə bildirib.
Nəzrin