Olqa Smirnova da istefa verdi: "Mən heç vaxt Rusiyadan utanacağımı düşünməmişdim"

MARAQLI
15:04 17.03.2022
615
Rusiyanın Bolşoy Baletinin baş balerinası Olqa Smirnova istefa verib.
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam etdiyi müddətdə Rusiyada etirazlar da artır. 
 
Rusiyanın Bolşoy Baletinin baş balerinası Olqa Smirnova istefa verdiyini açıqlayıb.
 
O haqsız müharibəyə cavab olaraq istefa verdiyi bildirib: "Mən heç vaxt Rusiyadan utanacağımı düşünməmişdim. Mən həmişə uğurlarımızla fəxr etmişəm, amma indi hiss edirəm ki, əvvəllə sonra arasında çox şey dəyişib".
 
Ayşən Mirzəyeva
 

OXŞAR XƏBƏRLƏR