Oğlu suda batan ananın ürəkparçalayan fəryadı: “Oğlum qaranlıqdan qorxur”

Oğlu suda batan ananın ürəkparçalayan fəryadı: “Oğlum qaranlıqdan qorxur”
DÜNYA
12:50 28.07.2019
32342
Türkiyədə yeniyetmə göldə batıb.

Kocaelidə göldə qayıqla gəzən 13 yaşlı Eren Gültekin faciəvi şəkildə ölüb.

Qayığın qəfil çevrilməsi nəticəsində gənc suya qərq olub. Yoldaşları onu sudan çıxartmaq istəsələr də, buna nail ola bilməyiblər.

Uşaq suda yoxa çıxıb.

Əraziyə xilasedicilər cəlb edilib. Eren Gültekinin axtarışları davam edərkən onun anası da göl kənarına gəlib.

Qadın bircə oğlunun yoxluğu ilə barışa bilməyərək fəryad edib:

"Su çox soyuqdur. Oğlum suda üşüyür. Oğlum qaranlıqdan çox qorxur. Nə olar, onu tez tapın”, - deyən ananın fəryadı ürək parçalayıb.

Uşağın meyidi isə sudan tapılmayıb. 
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR