Xalq artisti Nazpəri Dostəliyeva yeni layihələrə başladığının müjdəsini verib.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında məlumat verib.
"Mən izləyicilərimi uzun ayrılıqdan sonra sizi ürəkdən salamlayıram. Əzizlərim, mən inanıram ki, bu gündən mənim səhnə fəaliyyətimin davamına sevinəcəksiz. Nə edəcəmsə, sizlər üçün edəcəm. İlk işimi sizlərə təqdim edirəm.
Qeyd edək ki, son iki ildə Xalq artistinin əvvəl oğlu, daha sonra bacısı dünyasını dəyişib.