Müğənni Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşova haqqında danışıb.
AZXEBER.COM xəbər verir ki, "Öz aramızda" proqramına qonaq olan Səidə 10 ildir anasının onunla küsülü olduğunu açıqlayıb.
Səidə anası ilə barışmaq üçün dəgfələrlə cəhd etdiyini, anasının isə istəmədiyini deyib:
"Bir dəfə də ona bu sualı verin. İnsan nədənsə inciyir. 26 iyulda doğum günüm oldu, məni heç kim təbrik etmədi. Niyə hamının hər şey yadında qalır. Hər kəsin doğum günü keçirilir. Niyə mən axtarmalıyam. Atam var idi, məni təbrik edirdilər. Oğlumun məclisi olub, dəvət etmişəm. Amma heç kim gəlməyib. Niyə həmişə mən zəng vurum, əhval tutum? Atam hər zaman onlara zəng edirdi ki, qızımı niyə təbrik etmirsiniz? Yoruldum məsuliyyət daşımaqdan. Mən də istəyirəm mənə doğru gəlsinlər. Kürəkəni sevməmək olar, amma övlada görə keçirlər. Mənə görə heç kim kimdənsə keçmir.
Mənim uşağım uşaq deyil? Kiminsə uşağının ad gününə gedirlər, mənimkinə gəlmirlər. Niyə? Övladımın 9 yaşı var, nənəsini hələ görməyib. İstəmirlər... Mən pisəm, bəs uşağım? (ağlayır)ş
Şükür ki, çox yaxşı qayınanam var. Bunu mənim başıma heç zaman qaxınc etməyib".
Aysel