"Oğluma ata ola bilmədim" - Gülüstan Əliyeva

"Oğluma ata ola bilmədim" - Gülüstan Əliyeva
MAQAZİN
17:36 22.10.2025
142
Əməkdar artist Gülüstan Əliyeva "Günə uğurla" verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, sənətçi oğlundan danışaraq kövrəlib. O, şəhid həyat yoldaşı Zahid Əhmədovu övladı üçün əvəz edə bilmədiyini deyib:

"Vaxtında mən də ailəmi seçmişdim. Hər bir qadın anadır. Ata kim olur-olsun övladı cəmiyyətə ötürən anadır. Övladıma ata ola bilməmişəm. Bunu 100 faiz əminliklə deyirəm. Oğlan uşaqları üçün ata çox vacindir. 44 günlük müharibə dövrünə nəzər salaq. O igidləri yetişdirən məhz analardır. Mənim övladım da cəbhədə oldu. Bizim analarımıza halal olsun. Lakin elə məqamlar, anlar olur ki, ata sözü, yumruğu, baxışı lazımdır". 
OXŞAR XƏBƏRLƏR