Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb.
"Nə dərəcədə sırtıqlıq baş alıb gedir. Övladım məhləyə düşəndə o qədər tərbiyəsiz uşaqlar olur orada. 10-12 yaşlı yeniyetmələrdir. Oğlumun isə 9 yaşı var. Atası o uşaqların atası ilə gedib danışdı. Abırlarını "ətəklərinə büküb" göndərdi. Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər. Mənim uşağım aqressiyaya eyni cavabı verib. Özü də artıqlaması ilə. Oğlum onların topu ilə futbol oynamaq istəyib. Qəsdən də uduzurlar. Sonra ona deyirlər ki, anandan pul götür gəl. Həyat yoldaşım bildi, uşaqların atasını çağırtdırdı. Ayıbdır!".