"Orxanın arzuları böyük idi”
AZXEBER.COM xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O bildirib ki, oğlu hər zaman türk dünyası üçün çalışıb və onun çoxlu arzuları olub:
"Orxan ailəsi ilə birlikdə Bakıda yaşayırdı. Onun arzuları böyük idi. O, böyük türk dünyası uğrunda hər zaman çalışırdı. Vətən uğrunda da şəhid oldu, ən uca zirvəyə çatdı. Övladlarının ali təhsilli olmasını arzulayırdı. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək”.
Qeyd edək ki, Azərbaycanın Tehranda yerləşən səfirliyinə edilən terror hücumu zamanı şəhid olan Orxan Əsgərov bu gün Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Günel Hüseynli