“Oğlumun ayağa qalxması möcüzədir”- Transfarmatorda yanan uşaq sağaldı - VİDEO - FOTOLAR

“Oğlumun ayağa qalxması möcüzədir”- Transfarmatorda yanan uşaq sağaldı -  VİDEO - FOTOLAR
SOSİAL
12:03 01.04.2020
597
Bir müddət öncə Tovuz Rayonunun Bozalqanlı kənd sakini, 12 yaşlı Kamil ölümlə üz-üzə gəlib. 

Azyaşlı məktəbin həyətindəki transfarmatorun yerləşdiyi tikiliyə girdiyi üçün onu elektrik cərəyanı vurub. Nəticədə Kamil ağır bədən xəsarətləri alaraq yatağa düçar olub. Azyaşlıya Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Müayinə zamanı məlum olub ki, 12 yaşlı Kamilin bədəninin 50 faizi yanıb. Lakin çox keçməyib ki, onun həyatını xilas etmək üçün anasının yardım çağırışına cavab gəlib. Bir çox insanlara yardım əlini uzadan iş xanımı Ruhi Əliyeva balaca Kamilin bütün müalicə xərclərini üzərində götürüb. Məhz onun dəstəyi və həkimlərin səyi nəticəsində bu gün Kamil sağlığına qovuşaraq xəstəxananı tərk edib.

Azyaşlı xəstəxananı tərk edəndən sonra evə yerləşdirilib. İndi o, özünü normal hiss edir: "Sağ olsun bütün həkimlər, tibb bacıları mənə xəstəxanada çox yaxşı baxdılar, onlarla orda dostlaşdım. Xüsusi olaraq isə Ruhi xanıma öz təşəkkürümü bildirirəm. Allah canını sağlam eləsin. Məni o ayağa qaldırdı. Hər gün yeməklər göndərirdi. Artıq ağrılarım qalmayıb”.
 

 

Kamil məktəb üçün darıxdığını bildirdi: "Məktəb və sinif yoldaşlarım üçün çox darıxmışam. Uşaqlar hər gün müəllimələrimdən məni soruşurlar. Böyüyəndə vətənimimi qoruyan əsgər olmaq istəyirəm”.

Kamillə söhbət əsnasında anası Mələk Əhmədova da övladının sağalıb ayağa qalxmasına dəstək olan Ruhi Əliyevaya və həkimlərə təşəkkür edib. Kamilin 18 dəfə narkoz aldığını, ümumilikdə beş dəfə əməliyyat olunduğunu deyən ana  oğlunun bu gün addım atmasını, ayağa qalxmasını möcüzıə adlandırıb: "Kamili ilk dəfə Bakıya gətirəndə imkan daxilində müalicəsini elədim, amma üç aydan sonra maddi sıxıntılar üzündən bunu davam etdirə bilmədim, çarəsiz qalıb evə qayıtdım. Evdə də yenə imkansızlıqdan ona yaxşı baxa bilmədim. Bu zaman sağ olsun, Ruhi xanım mənə yardım əlini uzatdı və oğlum Kamili öz öhdəsinə götürdü. Hər gün oğlum üçün yeməklər, dərmanlar göndərirdi heç bir şeydən kasadçılıq çəkmədik. Çox sağ olsun, ona minnətdaram. 5 saylı xəstəxananın həkimlərinə də təşəkkürümü bildirirəm. Hər kəs əziyyətini halal eləsin”.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib. 
 
///News24.az

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı