“Oğlumun ölümünə görə 3 nəfər həbs edilib” - Əsgər Fəhmin Əbilovun atası

“Oğlumun ölümünə görə 3 nəfər həbs edilib” - Əsgər Fəhmin Əbilovun atası
SOSİAL
15:32 13.08.2018
4122
Bir neçə gün öncə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

AZXEBER.COM xəbər verir ki, AzVision.az-a açıqlamasında dünyasını dəyişmiş əsgərin atası bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: "Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır. "Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”,- deyə o, vurğulayıb.

OXŞAR XƏBƏRLƏR